Qeyri-bankçılıq
325

“Ferrum Kapital”ın səhmdarlarının sayı artıb

“Ferrum Kapital”ın səhmdarlarının sayı artıb

Azərbaycanın aparıcı faktorinq şirkəti “Ferrum Kapital” QSC-yə 2 yeni səhmdar gəlib.

“Renkinq” xəbər verir ki, bunlar 68% payla Qafar Dəmirçi və 23% payla Məhəmməd Həbibzadədir.

Əvəzində digər səhmdarlar – “Ferrum Kapital”ın daxil olduğu “AQA Şirkətlər Qrupu” QSC payını 72,5%-dən 4,5%-ə, “Vesta Konsaltinq” MMC isə payını 27,5%-dən 4,5%-ə endirib.

Q.Dəmirçi həm də “AQA Şirkətlər Qrupu”nun səhmlərinin 50%-nə nəzarət edir, holdinqin digər 25%-lik səhmdarı Aydın Dəmirçinin oğludur.

Xatırladaq ki, “Ferrum Kapital” 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 000 manatdır.

 

Bölmədən olan bütün xəbərlər