Sığorta
434

"Başak-İnam Sığorta"nın xalis aktivləri səhmdarları arasında bölüşdürüləcək

İyulun 27-də, saat 11:00-da ləğv prosesində olan “Başak-İnam Sığorta" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Renkinq” xəbər verir ki, yığıncaq şirkətə məxsus Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 206D ünvanında olacaq.

Yığıncağın gündəliyinə "Başak-İnam Sığorta"nın ötənilki maliyyə-təsərrüfat fəaliyyətinə dair müstəqil audit hesabatının və aralıq balansının müzakirə olunması və təsdiq edilməsi, vaxtı keçmiş olan borclar üzrə tələb hüququnun ötürülməsi, şirkətin xalis aktivlərin səhmdarlar arasında bölüşdürülməsi və sair məsələlər daxildir. 

Xatırladaq ki, "Başak İnam Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 7 milyon manatdır. Şirkətin səhmlərinin 24,24%-i hazırda ləğvetmə prosesində olan "Zamin Bank" ASC-yə, 7,14%-i "Turan Bank" ASC-yə, 5%-i "Azər-Türk Bank" ASC-yə, 14%-i Türkiyənin fransız kapitallı "Groupama Sıgorta" şirkətinə, 0,34%-i "Aqrarkredit" QSC-yə, 15,83%-i Səbinə Akif qızı Həsənovaya, 15,21%-i Akif Əkbər oğlu Kərimova (Direktorlar Şurasının sədri), 10,14%-i Orxan Qara oğlu Həsənova (İdarə Heyətinin sədri), 8,09%-i isə digər 14 fiziki şəxsə məxsusdur.

Bölmədən olan bütün xəbərlər