Sığorta
49

Azərbaycanda 9 sığorta şirkətinin uzunmüddətli aktivləri azalıb

Azərbaycanda 9 sığorta şirkətinin uzunmüddətli aktivləri azalıb

Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” və bazara ötən il daxil olmuş "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-lər istisna olmaqla, ölkədə fəaliyyət göstərən 18 sığorta şirkətindən 9-nun bu il yanvarın 1-nə uzunmüddətli aktivləri illik müqayisədə az olub.

“Renkinq” xəbər verir ki, bunlar “Xalq Sığorta”, “Günay Sığorta”, “Atəşgah Həyat Sığorta”, “Azərsığorta”, “Atəşgah Sığorta”, “Atasığorta”, “Bakı Sığorta”, “Xalq Həyat Sığorta” və “Azsığorta” ASC-lərdir.  

Ən çox azalma “Azsığorta”da (56,4%), ən az azalma isə “Xalq Sığorta”da (0,2%) qeydə alınıb.

Qalan 9 sığorta şirkətinin isə uzunmüddətli aktivləri artıb. Ən yüksək dinamika “Naxçıvan Sığorta”da (16,8 dəfə), ən aşağı dinamika isə “Meqa Sığorta”da (0,6%) qeydə alınıb.

Bölmədən olan bütün xəbərlər