Sığorta
40

Azərbaycanda 3 sığorta şirkətinin uzunmüddətli aktivləri 40 milyon manatdan çoxdur

Azərbaycanda 3 sığorta şirkətinin uzunmüddətli aktivləri 40 milyon manatdan çoxdur

Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 19 sığorta şirkətindən 3-nün bu il yanvarın 1-nə uzunmüddətli aktivləri 40 milyon manatdan çox olub.

“Renkinq” xəbər verir ki, bunlar “PAŞA Həyat Sığorta” (232,818 milyon manat), “PAŞA Sığorta” (74,521 milyon manat) və “Xalq Sığorta” (40,012 milyon manat) ASC-lərdir.

Qalan 16 sığorta şirkətindən 5-nin uzunmüddətli aktivləri 10-24 milyon manat arasında, 9 şirkətin uzunmüddətli aktivləri 1-8 milyon manat arasında, 2 şirkətin uzunmüddətli aktivləri isə 1 milyon manatdan azdır.

Bölmədən olan bütün xəbərlər