Sığorta
76
Azərbaycanda 5 sığorta şirkətinin aktivləri azalıb

Bakı / 07.04.2021 / Renkinq:
Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” və bazara ötən il daxil olmuş "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-lər istisna olmaqla, ölkədə fəaliyyət göstərən 18 sığorta şirkətindən 5-nin bu il yanvarın 1-nə aktivləri illik müqayisədə az olub.
“Renkinq” xəbər verir ki, bunlar “PAŞA Həyat Sığorta”, “Atəşgah Sığorta”, “Atasığorta”, “Atəşgah Həyat Sığorta” və “İpək Yolu Sığorta” ASC-lərdir.
Ən çox azalma “İpək Yolu Sığorta”da (57,1%), ən az azalma isə “PAŞA Həyat Sığorta”da (1%) qeydə alınıb.
Qalan 13 sığorta şirkətinin isə aktivləri artıb. Ən yüksək dinamika “Azərsığorta”da (52,5%), ən aşağı dinamika isə “Günay Sığorta”da (3,8%) qeydə alınıb.