Sığorta
58

Azərbaycanda 5 sığorta şirkətinin aktivləri 60 milyon manatdan çoxdur

Azərbaycanda 5 sığorta şirkətinin aktivləri 60 milyon manatdan çoxdur

Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 19 sığorta şirkətindən 5-nin bu il yanvarın 1-nə aktivləri 60 milyon manatdan çox olub.

“Renkinq” xəbər verir ki, bunlar “PAŞA Həyat Sığorta” (396,256 milyon manat), “PAŞA Sığorta” (223,558 milyon manat), “Xalq Sığorta” (75,466 milyon manat), “Atəşgah Həyat Sığorta” (69,703 milyon manat) və “Azsığorta” (64,246 milyon manat) ASC-lərdir.

Qalan 14 sığorta şirkətindən 12-nin aktivləri 10-55 milyon manat arasında, 2 şirkətin aktivləri isə 10 milyon manatdan azdır.

Bölmədən olan bütün xəbərlər