Büdcə
54

Hesablama Palatasının ötənilki fəaliyyəti 10 milyard manata yaxın vəsaiti əhatə edib

Hesablama Palatasının ötənilki fəaliyyəti 10 milyard manata yaxın vəsaiti əhatə edib

2020-ci ildə koronavirus (COVID-19) pandemiyasının hər sahəyə olduğu kimi, maliyyə nəzarətinə də təsirlərinə baxmayaraq Hesablama Palatasının həyata keçirdiyi maliyyə nəzarəti tədbirlərinin dövlət vəsaitləri üzrə əhatə dairəsi genişləndirilib.

“Renkinq” bu barədə qurumun ötənilki fəaliyyəti ilə bağlı hesabata istinadən xəbər verir.

Sənəddə həmçinin deyilir ki, 2020-ci ildə keçirilmiş nəzarət tədbirlərinin əhatə dairəsi həm məbləğ, həm də mənbələr baxımından əvvəlki illə müqayisədə çox olub. Hesabat ilində audit formasında aparılmış nəzarət tədbirləri ilə ümumilikdə 9 279,1 milyon manat məbləğində vəsait əhatə edilib ki, həmin vəsaitin nəzərəçarpacaq hissəsi 2019-cu ilin payına düşüb.

Bölmədən olan bütün xəbərlər