Bankçılıq
96

“BirBank” yenə də ölkənin lider mobil tətbiqi oldu!

“BirBank” yenə də ölkənin lider mobil tətbiqi oldu!

Azərbaycan Mərkəzi Bankı “Azərbaycan Banklar Assosiasiyası”  (ABA) İctimai Birliyi ilə birgə keçirdiyi ənənəvi illik müsabiqənin nəticələrini elan edərək, qalib bankların adlarını açıqlayıb. 2020-ci ilin “Mobil bankçılıq xidməti üzrə lider bank” nominasiyasının qalibi “Kapital Bank” ASC (“BirBank” mobil tətbiqi) olub.
Müsabiqə çərçivəsində rəqəmsal ödənişlərin genişləndirilməsi, innovativ ödəniş həllərinin tətbiqi, elektron bankçılığın inkişafı istiqamətlərində müxtəlif nominasiyalar üzrə fərqlənən bankların mükafatlandırılması həyata keçirilir.
Xatırladaq ki, ölkə üzrə ən məşhur olan “BirBank” mobil tətbiqinin 2 milyondan artıq istifadəçisi var. “iOS” və “Android” əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Mobil tətbiqin bir sıra üstünlükləri var: rahat qeydiyyat, istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonusların idarə edilməsi və s. Ətraflı məlumat üçün www.birbank.az və yaxud 196 Məlumat Mərkəzi.

Bölmədən olan bütün xəbərlər