Bankçılıq
93

“BirKart”lılar taksit əməliyyatından 20 manat hədiyyə qazanacaqlar

“BirKart”lılar taksit əməliyyatından 20 manat hədiyyə qazanacaqlar

Ölkənin ən məşhur taksit kartı olan “BirKart” Novruz bayramı ərəfəsində müştərilər üçün yeni güzəştli aksiya təqdim edir. Şərtlərə görə, “BirKart” ilə partnyor mağazalarında 3 dəfə 100 AZN və daha yuxarı məbləğdə taksitli alış-veriş edən müştərilər 20 AZN qazanacaqlar.

Bundan başqa, “Bakcell” abunəçilərinə kampaniya müddətində bütün 100 AZN və çox məbləğdə taksit əməliyyatlarına görə “Ulduzum”dan 15 pulsuz danışıq dəqiqəsi əldə edəcəklər. Hər bir müştəri kampaniyadan yalnız bir dəfə 20 AZN qazana bilər. Kampaniya 5 mart 2021-ci ildə başlayır və 5 aprel 2021-ci il tarixinə qədər davam edəcək. Ətraflı məlumat üçün – https://kbl.az/bksc.

“BirKart”ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. Kart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günə qədər güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan keşbek və “Umico” bonusu imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. “BirKart”ın ölkə üzrə 8000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

“BirKart” haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud kartın “Facebook” səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. “BirKart” sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və yaxud (051) 250 99 99 nömrəsinə “WhatsApp” vasitəsilə, həmçinin “BirKart” mərkəzlərinə müraciət etmək olar.

Bölmədən olan bütün xəbərlər