Bankçılıq
152

“Bank VTB Azərbaycan” kiçik biznes kreditləri üçün komissiyanı ləğv etdi

“Bank VTB Azərbaycan” kiçik biznes kreditləri üçün komissiyanı ləğv etdi

“Bank VTB Azərbaycan” ASC-nin “0% dəyərini kəşf et” aksiyası çərçivəsində kiçik biznesin “Sərmayə” və “Dövriyyə” kredit məhsulları daha da sərfəli oldu. İndi sahibkarlar krediti komissiyasız əldə edə bilər. Yaz aksiyası 30 aprel 2021-ci ilə qədər qüvvədədir.

“Bank VTB Azərbaycan”ın kiçik biznes kreditləri sahibkarlara biznes-ideyalarını reallaşdırmağa və inkişaf etdirməyə kömək edir.

“Sərmayə” və “Dövriyyə” kreditləri həm fərdi sahibkarlara, həm hüquqi şəxslərə illik 14,5% -dən başlayan illik faiz dərəcəsi ilə verilir. Hər iki kredit üzrə maksimal məbləğ 660 min manat (və yaxud rubl ekvivalenti) təşkil edir.

“Sərnayə” krediti əmlakın alınması (o cümlədən nəqliyyat, xüsusi texnika, daşınmaz əmlak), əsas vəsaitin təmiri və  yenidən qurulması, tikintisi, yeni fəaliyyət növünün inkişafı və biznesin genişləndirilməsi, eləcə də örtüksüz sənədli əməliyyatlar üzrə hesablaşmalar və digər banklardakı borcların maliyyələşməsi üçün təklif edilir. Kreditin müddəti 5 ilə qədərdir.

“Dövriyyə” kreditini sahibkarlar dövriyyə vəsaitinin artırılması (əmtəə-material qiymətlilərinin alınması, təchizatçı və podratçılar ilə hesablaşmalar), əməliyyat xərclərinin maliyyələşədirilməsi, eləcə də örtüksüz sənədli əməliyyatlar üzrə hesablaşmalar məqsədilə istifadə edə bilərlər. Kreditin müddəti 3 ilə qədərdir.

Sahibkarlar kreditləri “Bank VTB Azərbaycan”ın istənilən filialında əldə edə bilər.

Bölmədən olan bütün xəbərlər