Bankçılıq
223

Azərbaycanın bank və sığorta maqnatının iştirakı ilə daha bir şirkət yaradılıb

Azərbaycanın bank və sığorta maqnatının iştirakı ilə daha bir şirkət yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Food and Snack Group" MMC-ni dövlət qeydiyyatına alıb.

“Renkinq” xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Qəbələ şəhəri, Elçin Kərimov küçəsi, 34, nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Hikmət Abuzər oğlu İsmayılovdur.

Söhbət “AFB Bank” ASC-nin 99,64%-lik, “Azsığorta” ASC-nin isə 100%-lik, eləcə də “Bank of Baku” ASC-nin 31,11%-lik səhmdarından gedir.

"Food and Snack Group" son 2 il ərzində H.İsmayılovun iştirakı ilə yaradılan 3-cü şirkətdir. Bundan əvvəl bank-sığorta maqnatının iştirakı ilə “NH İnvestment” və "Professional Real Estate Services" MMC-lər yaradılıb. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər