Bankçılıq
216

ƏDV-ni geri alanlar üçün 10+10 aksiyası keçirilir

ƏDV-ni geri alanlar üçün 10+10 aksiyası keçirilir

Ölkənin ən məşhur taksit kartlarından olan “BirKar”t, əhali üçün yeni aksiya təqdim edir. Şərtlərə görə https://edvgerial.kapitalbank.az/ portalında qeydiyyatdan keçənlər, istənilən sifariş kanalı ilə “BirKart” taksit kartını rəsmiləşdirən zaman balanslarına avtomatik olaraq 10 AZN vəsait hədiyyə olunacaq. Xidməti daha rahat etmək məqsədilə portalda “BirKart sifariş et” funksiyası yaradılıb.

Ancaq hədiyyə bununla bitmir. Belə ki, “BirKart” əldə olunandan 10 gün müddətində “BirKart”la istənilən məbləğdə əməliyyat edildikdə, əlavə olaraq 10 AZN vəsait də hədiyyə olaraq hesaba köçürüləcək. Aksiya 31 mart 2021-ci il tarixinə qədər keçərlidir. Aksiyada https://edvgerial.kapitalbank.az/ portalında qeydiyyatı olanlar və yeni qeydiyyatdan keçənlər bəhrələnə bilər.

“BirKart”ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. Kart bir sıra üstünlüklərə malikdir: 18 aya qədər faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günə qədər güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan keşbek və “Umico” bonusu imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. “BirKart”ın ölkə üzrə 8 000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır. Kartı bankın saytında sifariş etmək olar – https://kbl.az/bedvs.

“BirKart” haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud kartın “Facebook” səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. “BirKart” sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və yaxud (051) 250 99 99 nömrəsinə “WhatsApp” vasitəsilə, həmçinin “BirKart” mərkəzlərinə müraciət etmək olar.

Bölmədən olan bütün xəbərlər