Bankçılıq
221

Azərbaycanda 7 bankın balans kapitalı azalıb

Azərbaycanda 7 bankın balans kapitalı azalıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 7-nin bu il yanvarın 1-nə balans kapitalı illik müqayisədə az olub.

“Renkinq” xəbər verir ki, bunlar “Muğan Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, Pakistan Milli Bankının Bakı filialı, “Rabitəbank”, “AFB Bank”, “Yelo Bank” və “Bank BTB”dir.

Ən çox azalma “Bank BTB”də (15,6%), ən az azalma isə “Muğan Bank”da (0,2%), qeydə alınıb.

Qalan 19 bankın isə balans kapitalı artıb. Ən yüksək dinamika “Kapital Bank”da (49,2%), ən aşağı dinamika isə “Azər-Türk Bank”da (0,6%) qeydə alınıb.

Bölmədən olan bütün xəbərlər