Bankçılıq
194

Azərbaycanda 4 bankın balans kapitalı 400 milyon manatdan çoxdur

Azərbaycanda 4 bankın balans kapitalı 400 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il yanvarın 1-nə balans kapitalı 400 milyon manatdan çox olub.

“Renkinq” xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (1 326,602 milyon manat), “Kapital Bank” (634,195 milyon manat), “PAŞA Bank” (541,145 milyon manat) və “Xalq Bank”dır (436,788 milyon manat).

Qalan 22 bankdan 3-də balans kapitalı 100-200 milyon manat arasında, 18 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.

Bölmədən olan bütün xəbərlər