Büdcə
112

Azərbaycanda dövlət satınalmalarına dair şikayətlərin sayı 2 dəfədən çox artıb

Azərbaycanda dövlət satınalmalarına dair şikayətlərin sayı 2 dəfədən çox artıb

2020-ci ildə Azərbaycanda dövlət müəssisələrinin və təşkilatlarının keçirdiyi satınalmalarla bağlı iddiaçılardan 501 şikayət daxil olub.

“Renkinq” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə təxminən 2,1 dəfə çoxdur.

Şikayət halları “Dövlət sаtınаlmаlаrı hаqqındа” qanuna uyğun araşdırılıb, müsаbiqələrin оbyеktiv keçirilməsi, iddiaçılara ədalətli yanaşılması və ayrıseçkilik hallarında yol verilməməsi üçün satınalan təşkilatlara tövsiyələr verilib, eyni zamanda dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbləri malgöndərənlərə (podratçılara) izah edilib.

“Dövlət satınalmaları haqqında” qanunun tələblərinin sahibkarlara izah edilməsi və onların satınalma prosedurlarında iştiraka cəlb olunması, mütəxəssislərinin dövlət satınalmaları sahəsində ixtisas səviyyələrinin artırılması, dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi sənədlərin geniş təbliği, satınalma sənədlərinin tərtibatında yaranan çətinliklərin aradan qaldırılması üçün konsaltinq şirkətləri, sahibkar birlikləri, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə video-formatda bir neçə görüş keçirilib.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər