Bankçılıq
81
Azərbaycanın bank sektorunun xalis mənfəəti 2 dəfə azalıb

Bakı / 23.02.2021 / Renkinq:
Bu ilin yanvar ayında Azərbaycanın bank sektoru 25,4 milyon manat xalis mənfəət əldə edib.
"Renkinq" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü illə müqayisədə 48,6% və yaxud təxminən 2 dəfə azdır.
Ötən ay bankların əməliyyat gəlirləri 212,7 milyon manat (illik müqayisədə 2,25% az), əməliyyat xərcləri 134,9 milyon manat (4,7% az), xüsusi ehtiyatlara ayırmaları 43,4 milyon manat (2,1 dəfə çox), mənfəət vergisi ödəmələri isə 9 milyon manat (57,9% çox) təşkil edib.