Büdcə
106
“Azərpoçt” auditor seçib

Bakı / 23.02.2021 / Renkinq:
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC beynəlxalq maliyyə hesabatlılığı standartlarına keçid balansının və 2020-2022-ci illər üçün maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
“Renkinq” vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Baker Tilly Audit Azerbaijan" QSC-dir.
Qalib şirkətə 123,9 min manat ödəniləcək.