Büdcə
94

Azərbaycanın dövlət borcu 10 milyard dollara yaxındır

Azərbaycanın dövlət borcu 10 milyard dollara yaxındır

Bu il yanvarın 1-nə Azərbaycanın dövlət borcu 16,939 milyard manat və yaxud 9,664 milyard ABŞ dolları təşkil edib.

“Renkinq” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunun 14,997 milyard manatı və yaxud 8,822 milyard dolları xarici, 1,942 milyard manatı və yaxud 1,142 milyard dolları isə daxili dövlət borcudur.

Xarici dövlət borcunun 13,771 milyard manatı və yaxud 8,101 milyard dolları müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində alınmış borclar, 1,226 milyard manatı və yaxud 0,721 milyard dolları isə dövlət müəssisələrinin cəlb etdiyi xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklərdir. Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan ibarətdir. 

Daxili dövlət borcunun isə 1,726 milyard manatı və yaxud 1,015 milyard dolları birbaşa borc, 0,216 milyard manatı və yaxud 0,127 milyard dolları isə dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklərdir.

Bölmədən olan bütün xəbərlər