Bankçılıq
120

Azərbaycanda 12 bankın kredit portfeli azalıb

Azərbaycanda 12 bankın kredit portfeli azalıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 12-nin bu il yanvarın 1-nə kredit portfeli illik müqayisədə az olub.

"Renkinq" xəbər verir ki, bunlar “Bank BTB”, “Yelo Bank”, Pakistan Milli Bankının Bakı filialı, “Azərbaycan Sənaye Bankı”, “Express Bank”, “Muğan Bank”, “Bank Respublika”, “Azər-Türk Bank”, “Access Bank”, “Xalq Bank”, “Yapı Kredi Bank Azərbaycan” və “AFB Bank”dır.

Ən çox azalma “AFB Bank”da (57,2%), ən az azalma isə "Bank BTB"də (0,3%) qeydə alınıb.

Qalan 14 bankın isə kredit portfeli artıb. Ən yüksək dinamika "Bank VTB Azərbaycan"da (38,7%), ən aşağı dinamika isə "Premium Bank"da (0,4%) qeydə alınıb.

Bölmədən olan bütün xəbərlər