Bankçılıq
125

Azərbaycanda 4 bankın kredit portfeli 1 milyard manatdan çoxdur

Azərbaycanda 4 bankın kredit portfeli 1 milyard manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il yanvarın 1-nə kredit portfeli 1 milyard manatdan çox olub.

"Renkinq" xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (2 366,233 milyon manat), "PAŞA Bank" (2 060,484 milyon manat), "Kapital Bank" (1 901,168 milyon manat) və "Xalq Bank"dır (1 454,135 milyon manat).

Qalan 22 bankdan 18-də kredit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 2 bankda 10-100 milyon manat arasında, 2 bankda isə 10 milyon manatdan azdır.

Bölmədən olan bütün xəbərlər