Büdcə
156

Azərbaycanın xarici ticarət dövriyyəsi 15% azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsi 15% azalıb

Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 2,412 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Renkinq” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,4% azdır.

Ötən ay xarici ticarət dövriyyəsinin 1,624 milyard dolları ixracın, 788 milyon dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,8% az, idxal isə 9,3% artıb.

Son nəticədə xarici ticarətdə 837 milyon dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 40,6% azdır.

Bölmədən olan bütün xəbərlər