Büdcə
197

Azərbaycanda dövlətin satınalma xərcləri 15% artıb

Azərbaycanda dövlətin satınalma xərcləri 15% artıb

2020-ci ildə Azərbaycanda dövlət satınalmalarına 6 567 milyon manat xərc çəkilib. 

"Renkinq" bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir. 

Məlumata görə, bu, 2019-cu illə müqayisədə 14,8% çoxdur. 

Ötən il dövlət satınalmalarının 930 milyon manatlıq hissəsi elektron qaydada həyata keçirilib. Bu isə əvvəlki ilə nisbətən 14,2% çoxdur. 

Bölmədən olan bütün xəbərlər