Bankçılıq
222

“Muğan Bank” ötən ili mənfəətlə başa vurub

“Muğan Bank” ötən ili mənfəətlə başa vurub

“Muğan Bank” ASC 2020-ci ili 707 min manat mənfəətlə başa vurub. Halbuki, Bank 2019-cu ildən 8,308 milyon manat zərərlə çıxmışdı.

“Renkinq” xəbər verir ki, ötən il “Muğan Bank”ın gəlirləri 45,858 milyon manat (illik müqayisədə 21,3% az), xərcləri 48,078 milyon manat (14,6% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 2,927 milyon manat (əvvəlki il ehtiyyat yaradıb) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə “Muğan Bank”ın aktivləri 590,906 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 10,6% azdır. Bunun 328,018 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə Bankın kredit portfeli 8,3% kiçilib.

Hesabat dövründə “Muğan Bank”ın öhdəlikləri 12,2% azalaraq 504,027 milyon manata, o cümlədən depozit portfeli 16,7% azalaraq 278,682 milyon manata, balans kapitalı isə 0,2% azalaraq 86,879 milyon manata düşüb.

Bölmədən olan bütün xəbərlər