Büdcə
138

Auditorlar Palatası iqtisadi subyektlərin rəhbərlərinə müraciət edib

Auditorlar Palatası iqtisadi subyektlərin rəhbərlərinə müraciət edib

Ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq iqtisadi subyektlər 2020-ci il üzrə maliyyə (mühasibat) hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün müstəqil (kənar) auditor cəlb etməlidirlər.

“Renkinq” xəbər verir ki, bu barədə Auditorlar Palatasının iqtisadi subyektlərin rəhbərlərinə müraciətində bildirilir.

Həmin iqtisadi subyektlər aşağıdakılardır:

 

Məcburi audit subyektləri

 

Məcburi auditdən keçmənin qanunvericilikdə təsbiti və əsası

1

İctimai əhəmiyyətli qurumlar

“Mühasibat uçotu haqqında” 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı qanunun 12-ci maddəsinə əsasən

2

Məhdud məsuliyyətli cəmiyyətlər

Mülki Məcəllənin 91.4-cü maddəsində nəzərdə tutulan şərtlərlə

3

Səhmdar cəmiyyətləri

Mülki Məcəllənin 107.6-cı maddəsində nəzərdə tutulan şərtlərlə

4

Banklar və digər kredit təşkilatları

“Banklar haqqında” 2004-cü il 16 yanvar tarixli 590-IIQ saylı qanunun 8, 9, 44, 45, 46-cı və s. maddələrinə əsasən

5

Sığorta təşkilatları və cəmiyyətləri

“Sığorta fəaliyyəti haqqında” 2007-ci il 25 dekabr tarixli 519-IIIQ saylı qanunun 74-cü maddəsinə əsasən

6

İnvestisiya fondları

“İnvestisiya fondları haqqında” 2010-cu il 22 oktyabr tarixli 1101-IIIQ saylı qanunun 26-cı maddəsinə əsasən

7

Maliyyə-sənaye qrupları

“Maliyyə-sənaye qrupları haqqında” 1996-cı il 10 iyun tarixli 123-IQ saylı qanunun 16-cı və 17-ci maddələrinə əsasən

8

Fondlar

Mülki Məcəllənin 115.3-cü maddəsinə əsasən

9

Birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar təqdim edən hüquqi şəxslər (holdinqlər)

“Mühasibat uçotu haqqında” 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı qanunun 12.3-cü maddəsində nəzərdə tutulan şərtlərlə.

10

Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrnat və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları

“Mühasibat uçotu haqqında” qanunun 12.2-ci maddəsinə əsasən

11

Publik hüquqi şəxslər

“Publik hüquqi şəxslər haqqında” 2015-ci il 29 dekabr tarixli 97-VQ saylı qanunun 12-1-ci və Publik hüquqi şəxslərin nizamnamələrinə əsasən

12

Siyasi Partiyalar

“Mühasibat uçotu haqqında” 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı (2018-ci il 4 may tarixli 1140-VQD; 2012-ci il 29 may tarixli 370-IVQD; 2012-ci il 11 dekabr tarixli 499-IVQD; 2010-cu il 12 fevral tarixli 952-IIIQD nömrəli qanunları ilə edilmiş dəyişikliklərlə birlikdə) qanunun 14.6-cı maddəsinə əsasən

13

Ölkə prezidentinin müvafiq fərman və yaxud sərəncamları ilə təsdiq edilmiş Nizamnamələrində (Əsasnamələrində) auditdən keçmələri ehtiva olunan qurumlar

“Sizi ölkəmizdə iqtisadiyyatın inkişafında mühüm əhəmiyyət kəsb edən maliyyə şəffaflığının uğurla həyata keçirilməsində yaxından iştirak etməyə çağırırıq. İqtisadi subyektlər auditor seçimində sərbəstdirlər. Auditor təşkilatları və sərbəst auditorlar barədə məlumatları Auditorlar Palatasının internet səhifəsindən əldə edə bilərsiniz (http:// www.audit.gov.az). Bu istiqamətdə hər bir sorğunuzu cavablandırmağa və zəruri dəstək göstərməyə hazırıq”, - deyə qurum bəyan edib.

Bölmədən olan bütün xəbərlər