Bankçılıq
163

“Bank Avrasiya”nın xalis mənfəəti 4 dəfədən çox azalıb

“Bank Avrasiya”nın xalis mənfəəti 4 dəfədən çox azalıb

“Bank Avrasiya” ASC 2020-ci ili 1,226 milyon manat xalis mənfəətlə başa vurub.

“Renkinq” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 77,1% və yaxud 4,4 dəfə azdır.

Ötən il “Bank Avrasiya”nın gəlirləri 12,471 milyon manat (illik müqayisədə 3,2% az), xərcləri 6,923 milyon manat (9% az), xüsusi ehtiyatlara ayırmaları 3,992 milyon manat (əvvəlki il qənaət edib), mənfəət vergisi ödəmələri isə 331 min manat (4,1 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “Bank Avrasiya”nın aktivləri 159,704 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,3% azdır. Bunun 97,99 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə Bankın kredit portfeli 0,7% böyüyüb.

Hesabat dövründə “Bank Avrasiya”nın öhdəlikləri 12,1% azalaraq 88,556 milyon manata, o cümlədən depozit portfeli 18,2% azalaraq 44,028 milyon manata düşüb, balans kapitalı isə 2,1% artaraq 71,148 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər