Bankçılıq
144

"PAŞA Bank"ın Gürcüstandakı törəməsinin zərəri 3 dəfə artıb

"PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsi ("PAŞA Bank Gürcüstan") 2020-ci ili 23,194 milyon lari (11,945 milyon manat) zərərlə başa vurub.

"Renkinq" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 2,8 dəfə çoxdur.

Ötən il "PAŞA Bank Gürcüstan"ın əməliyyat gəlirləri 38,308 milyon lari (19,729 milyon manat, illik müqayisədə 14,4% çox), əməliyyat xərcləri 47,67 milyon lari (24,55 milyon manat, 24,6% çox), xüsusi ehtiyatlara ayırmaları 13,958 milyon lari (7,188 milyon manat, 4,1 dəfə çox), gözlənilməz gəlirləri isə 125 min lari (64 min manat, əvvəlki il olmayıb) təşkil edib.

Bu il yanvarın 1-nə "PAŞA Bank Gürcüstan"ın aktivləri 469,858 milyon lari (241,977 milyon manat) olub ki, bu da 1 il əvvələ nisbətən 5,1% azdır. Bunun 312,113 milyon larisi (160,738 milyon manat) müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə Bankın kredit portfeli 5,6% böyüyüb.

Hesabat dövründə "PAŞA Bank Gürcüstan"ın öhdəlikləri 0,55% azalaraq 393,841 milyon lariyə (202,828 milyon manat), o cümlədən depozit portfeli 11,2% azalaraq 220,436 milyon lariyə (113,525 milyon manat) düşüb, balans kapitalı isə 23,4% azalaraq 76,017 milyon lari (39,149 milyon manat) olub, o cümlədən nizamnamə kapitalı dəyişməyərək 103 milyon lari (53,045 milyon manat) qalıb.

1 lari = 0,515 manat

Bölmədən olan bütün xəbərlər