Bankçılıq
156
Azərbaycanda problemli kreditlər azalıb

Bakı / 26.01.2021 / Renkinq:
Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 893,1 milyon manat təşkil edib.
“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 3,2% azdır.
Problemli kreditlər son 1 ildə isə 29,8% azalıb.
2020-ci ilin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 6,1% təşkil edib. Bu nisbət ötən il noyabrın sonuna 6,3% 2019-cu ilin sonuna isə 8,3% olub.