Bankçılıq
158

“Turan Bank"ın mənfəəti artıb

“Turan Bank

 “Turan Bank” ASC 2020-ci ili 684 min manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank 2019-cu ildən 416 min manat mənfəətlə çıxmışdı.

“Renkinq” xəbər verir ki, ötən il “Turan Bank”ın gəlirləri 40,328 milyon manat (əvvəlki illə müqayisədə 4,2% çox), xərcləri 39,227 milyon manat (4,3% çox), xüsusi ehtiyatlara ayırmaları 246 min manat (2,8 dəfə az), mənfəət vergisi ödəmələri isə 171 min manat (əvvəlki il vergi ödəməyib) təşkil edib.

Bu il yanvarın 1-nə “Turan Bank”ın aktivləri 551,736 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,7% çoxdur. Bunun 345,304 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə Bankın kredit portfeli 1,7% böyüyüb.

Hesabat dövründə “Turan Bank”ın öhdəlikləri 13,6% artaraq 471,3 milyon manata, o cümlədən depozit portfeli 17,7% artaraq 280,232 milyon manata, balans kapitalı 7,6% artaraq 80,435 milyon manata, o cümlədən nizamnamə kapitalı isə 7,1% artaraq 75,005 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər