Bankçılıq
233

“PAŞA Holdinq”in törəməsi ilə eyni adlı şirkət “PAŞA Bank”ı məhkəməyə verib

“PAŞA Holdinq”in törəməsi ilə eyni adlı şirkət “PAŞA Bank”ı məhkəməyə verib

“PAŞA Bank” ASC məhkəməyə verilib.

“Renkinq” xəbər verir ki, iddiaçı “Keystone” MMC-dir.

Şirkət Banka girov qoyduğu əmlak üzrə hərracın nəticələrinin ləğv edilməsini istəyir. İşlə bağlı cavahdeh qismində  "Daşınar və Daşınmaz Əmlakların Satışı Üzrə Hərrac Mərkəzi" MMC də çıxış edir.

Məsələnin maraqlı tərəfi isə odur ki, məhkəməyə üz tutmuş kommersiya qurumu “PAŞA Bank”ın daxil olduğu “PAŞA Holdinq” MMC-nin digər törəmə şirkəti ilə demək olar ki, eyni addadır. Holdinq 2019-ci ildə “Keystone Azerbaijan” MMC-ni dövlət qeydiyyatından keçirib.

Hazırda iddiaya Bakı Şəhəri Nərimanov rayon məhkəməsində baxılır. Hakim Solmaz Ədilovadır. Məhkəmənin hazırlıq iclası ötən il noyabrın 27-də keçirilib. Bundan sonra məhkəmə 11 dekabr 2020-ci il və 18 yanvar 2021-ci il tarixlərinə baxış iclasları təyin etsə də, baş tutmayıb. Növbəti baxış iclası fevralın 2-də olmalıdır.

Bölmədən olan bütün xəbərlər