Bankçılıq
203

“Bank Respublika” “Qarabağ Dirçəliş Fondu”na 200 min manat köçürdü

“Bank Respublika” “Qarabağ Dirçəliş Fondu”na 200 min manat köçürdü

Ölkənin aparıcı banklarından biri “Bank Respublika” ASC azad edilən torpaqlarımızda iqtisadi inkişafa öz töhfəsini verdi.

Bank, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, təhlükəsiz yaşayışın, rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə Prezident İlham Əliyevin fərmanı əsasında yaradılmış “Qarabağ Dirçəliş Fondu”na öz dəstəyini göstərib.

Hər zaman olduğu kimi dövlətimizin və xalqımızın yanında olduğunu bəyan edən “Bank Respiblika” “Qarabağ Dirçəliş Fondu”na 200 000 manat pul köçürüb.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və yaxud 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Bölmədən olan bütün xəbərlər