Büdcə
181

Gürcüstanın Azərbaycana borcu azalıb

Gürcüstanın Azərbaycana borcu azalıb

Ötən ilin dekabr ayında Gürcüstanın Azərbaycana borcu 194 min ABŞ dolları azalaraq yanvarın 1-nə 5,491 milyon dollar təşkil edib.

“Renkinq” xəbər verir ki, bu barədə qonşu ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Nazirlik Gürcüstanın digər qonşuları qarşısında borc öhdəliklərini də açıqlayıb. Beləliklə, dekabrın sonuna Gürcüstan Rusiyaya 40,454 milyon dollar, Türkiyəyə 10,637 milyon dollar, Ermənistana isə 5,485 milyon dollar borclu olub. 

Bölmədən olan bütün xəbərlər