İnvestisiya
165

Rusiya ABŞ-ın dövlət istiqrazlarına investisiya qoyuluşunu azaldıb

Rusiya ABŞ-ın dövlət istiqrazlarına investisiya qoyuluşunu azaldıb

Ötən ilin noyabr ayında Rusiya ABŞ-ın dövlət istiqrazlarına investisiya qoyuluşunu oktyabr ayına nisbətən 1,187 milyard ABŞ dolları və yaxud 19,3% azaldaraq 6,155 milyard dollardan 4,968 milyard dollara endirib.

“Renkinq” "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyinin hesabatında bildirilir.

Sənədə əsasən, ay ərzində Rusiya uzunmüddətli istiqrazlara investisiyaları 1,063 milyard dollar və yaxud 40,4% azalaraq 1,568 milyard dollara, qısamüddətli istiqrazlara investisiyaları isə 124 milyon dollar və yaxud 3,5% azaldaraq 3,4 milyard dollar endirib.

Bununla belə, əvvəlki illərlə müqayisədə Rusiyanın ABŞ-a "verdiyi borc"un məbləğində kəskin azalma var. Məsələn, 2013-cü ildə bu rəqəm 150 milyard dollardan çox olub, tədricən isə azaldılıb. 2018-ci ilin aprel ayında Rusiyaya qarşı tətbiq olunmuş sərt sanksiyalar fonunda ABŞ-ın dövlət istiqrazlarına investisiyalar təxminən 2 dəfə azaldılaraq 96,1 milyard dollardan 48,7 milyard dollara, həmin ilin may ayında isə 14,9 milyard dollara endirilib. Bununla, Rusiya ABŞ-ın dövlət səviyyəsində ən çox borc aldığı 33 ölkənin siyahısını tərk edib.

Bu il dekabrın 1-nə ABŞ-ın dövlət istiqrazlarına investisiya qoyuluşu üzrə lider ölkə Yaponiya olub. Onun ABŞ-a "borc"u noyabr ayında 8,7 milyard dollar və yaxud 0,7% azalaraq 1 260,8 milyard dollara düşüb. Borc siyahısında II yerdə qərarlaşmış Çin isə sözügedən istiqrazlara investisiyaları 9 milyard dollar və yaxud 0,6% artıraraq 1 630,0 milyard dollara çatdırıb. III yeri isə 420,3 milyard dollarla Böyük Britaniya, IV yeri 314,3 milyard dollarla İrlandiya, V yeri 267,8 milyard dollarla Lüksemburq, VI yeri isə 262,2 milyard dollarla Braziliya tutub. İlk 10-luğa həmçinin İsveçrə, Bekçika, Honkonq və Kayman adaları da daxildir.

Hesabat ayında qeyri-rezidentlərin ABŞ-ın dövlət istiqrazlarına investisiyaları 14,8 milyard dollar və yaxud 0,2% azalaraq 7 053,6 milyard dollar təşkil edib ki, bunun da 4 174,8 milyard dolları xarici ölkələrin hökumətlərinə və yaxud mərkəzi banklarına məxsus olub.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər