Büdcə
162

​​​​​​​“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” 3,4 milyon manatlıq 2 tenderə yekun vurub

​​​​​​​“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” 3,4 milyon manatlıq 2 tenderə yekun vurub

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Yuxarı Zeyxur kanalının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması (1), eləcə də Qazax rayonunun Xanlıqlar, Kəmərli, Aslanbəyli, Qaymaqlı və II Şıxlı kəndlərində əkin sahələrinin suvarılması üçün su-nasos stansiyalarının və yeraltı suvarma şəbəkələrinin bərpasına (2) dair elan etdiyi 2 açıq tenderə yekun vurub.

“Renkinq” vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq "Hidrotexniki və Nəqliyyat Qurğularının Layihələndirilməsi üzrə Gidrotransproyekt Elmi-Tədqiqat Mərkəzi" və "Fərhad" MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 0,98 milyon manat və 2,425 milyon manat, ümumilikdə isə 3,405 milyon manat ödəniləcək.

Bölmədən olan bütün xəbərlər