Bankçılıq
240

“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 33% azalıb

“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti 33% azalıb

“Azərbaycan Sənaye Bankı” ASC (ASB) 2020-ci ili 5,184 milyon manat xalis mənfəətlə başa vurub.

“Renkinq” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 32,6% azdır.

Ötən il ASB-nin gəlirləri 37,624 milyon manat (illik müqayisədə 2,6% az), xərcləri 31,763 milyon manat (10,1% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 687 min manat (əvvəlki il ehtiyat yaradıb), mənfəət vergisi ödəmələri isə 1,364 milyon manat (31% az) təşkil edib.

Bu il yanvarın 1-nə ASB-nin aktivləri 911,505 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,5% azdır. Bunun 310,83 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə Bankın kredit portfeli 4,4% kiçilib. 

Hesabat dövründə ASB-nin öhdəlikləri 8,8% azalaraq 807,36 milyon manata, o cümlədən depozit portfeli 10,5% azalaraq 639,932 milyon manata düşüb, balans kapitalı 4,5% artaraq 104,144 milyon manata çatıb. 

Bölmədən olan bütün xəbərlər