Bankçılıq
208

"​​​​​​​Azərbaycan Beynəlxalq Bankı" ötən il 130 milyon manata yaxın xalis mənfəət əldə edib

“Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 2020-ci ili 129,391 milyon manat xalis mənfəətlə başa vurub.

“Renkinq” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 2,3 dəfə azdır. 

Ötən il ABB-nin gəlirləri 531,634 milyon manat (illik müqayisədə 9,2% az), xərcləri 328,422 milyon manat (24,5% çox), xüsusi ehtiyatlara ayırmaları 20,392 milyon manat (əvvəlki il qənaət edib), mənfəət vergisi ödəmələri isə 53,429 milyon manat (26,3% az) təşkil edib. 

Bu il yanvarın 1-nə ABB-nin aktivləri 8 962,793 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,8% azdır. Bunun 2 366,233 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2010-ci ildə Bankın kredit portfeli 9,9% böyüyüb.

Hesabat dövründə ABB-nin öhdəlikləri 3,1% azalaraq 7 636,19 milyon manata, o cümlədən depozit portfeli 1,5% azalaraq 5 549,577 milyon manata, balans kapitalı 1% azalaraq 1 326,602 milyon manata düşüb.

Bölmədən olan bütün xəbərlər