Bankçılıq
189

“Access Bank” sahibkarlara münasib faizlə biznes kreditləri təklif edir

“Access Bank” sahibkarlara münasib faizlə biznes kreditləri təklif edir

Azərbaycanda mikromaliyyələşdirmə lideri olan “Access Bank” QSC kiçik və ya orta bizneslə məşğul olan sahibkarlara karantin rejimi ilə əlaqədar işgüzar aktivliyin endiyi dönəmdə dəstək olmaqda davam edir. Bankın İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun dəstəyi ilə verdiyi biznes kreditini illik 7,5%-lə, 36 aya qədər almaq mümkündür. 200 000 AZN-ə qədər verilən biznes krediti girovsuz əldə edilir.

Kredit yalnız pandemiyadan zərər çəkmiş fərdi və hüquqi şəxslər üçün nəzərdə tutulub. 

Biznes kredit əldə etmək üçün: https://e-edf.gov.az/#/

“Access Bank”ın iş adamları üçün nəzərdə tutduğu digər məhsul isə “Overdraft”dır. “Overdraft” müvəqqəti olaraq vəsaitə ehtiyacı olan sahibkarlar üçün qısamüddətli kredit məhsuludur. Bu məhsulun köməyi ilə “Access Bank” müştərilərinə - hüquqi şəxslərə cari hesabdakı vəsaitdən daha artıq məbləğlərdə maliyyə əməliyyatları aparmaq imkanı yaradır. “Overdraft” limiti müştərinin hesabları üzrə dövriyyəsindən asılı olaraq razılaşdırılır və 6-12 ay müddətinə təqdim olunur. “Overdraft” müştəri tərəfindən bir neçə dəfə, tam və yaxud qismən, təyin olunmuş müddət və məbləğ çərçivəsində istifadə oluna bilər.

“Overdraft”ın üstünlükləri: 
-  200 000 AZN-ə qədər məbləğin girovsuz verilməsi;
- yalnız istifadə edilmiş məbləğə faizlərin hesablanması;
- illik 12%-dən başlayan faiz dərəcələri;
- borcun avtomatik silinməsi və “Overdraft” limitindən təkrar istifadə;
- qeydiyyatın operativliyi və tələb olunan sənədlərin minimallığı. 

“Overdraft” haqqında ətraflı məlumat əldə etmək üçün:  
https://accessbank.az/ru/online-loan-request/?type=business

Digər korporativ məhsullar haqqında məlumat əldə etmək üçün Bankın 151 Əlaqə mərkəzinə zəng edə və yaxud (055) 440 01 51 “whatsapp” nömrəsinə yaza bilərsiniz. Məhsullar haqqında məlumatları həmçinin Bankın www.accessbank.az saytından və yaxud sosial media hesablarından əldə edə bilərsiniz. 

“Access Bank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Hazırda “Access Bank” tikinti, nəqliyyat, kənd təsərrüfatı, tibb kimi müxtəlif sahələrdə fəaliyyət göstərən müştərilərə xidmət göstərir. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. 

Bölmədən olan bütün xəbərlər