Büdcə
145

Dövlət Avtomobil Nəqliyyat Xidməti ötən il büdcəyə ödədiyi vəsaitin məbləğini açıqlayıb

Dövlət Avtomobil Nəqliyyat Xidməti ötən il büdcəyə ödədiyi vəsaitin məbləğini açıqlayıb

2020-ci ildə Azərbaycanda beynəlxalq avtomobil daşımalarını həyata keçirən yerli avtodaşıyıcılara 97 031 ədəd “İcazə” blankının verilməsi nəticəsində dövlət büdcəsinə 3 532 866 manat dövlət rüsumu ödənilib. 

“Renkinq” bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətinə istinadən xəbər verir. 

Bundan başqa, məlumata görə, ötən il verilmiş 104 828 ədəd fərqlənmə nişanı üzrə 1 815 440 manat vergi ödənilib. Bunlardan 13 078 ədəd şəhərdaxili, 4 683 ədəd şəhərlərarası, 16 426 ədəd taksi, 63 656 ədəd yükdaşıma, 2 652 ədəd sifarişlə və 4333 ədəd xüsusi fərqlənmə nişanı olub. 

Mənbə: REPORT

 

Bölmədən olan bütün xəbərlər