Digər
69

Rəqəmsal avro dövriyyəyə buraxıla bilər

Rəqəmsal avro dövriyyəyə buraxıla bilər

“Kağız pullar mövcudluğunu davam etdirəcək, ancaq sonda, yəqin ki, rəqəmsal avroya sahib olacağıq”.

“Renkinq” xarici mətbuata istinadən xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının prezidenti Kristina Laqard deyib.

"Rəqəmsal avro"nun yaxın 5 il ərzində dövriyyəyə buraxılacağını gözləyirik, amma rəqəmsal valyuta həmin müddətdə hazır olmaya da bilər", - o qeyd edib.

"Rəqəmsal avro" tədavülünün "daha sürətli, daha ucuz və daha etibarlı" olacağını vurğulayan Bank rəhbəri əlavə edib ki, bu mövzuda konkret addımlar atmaq üçün düşünülüb-razılaşdırılmalı olan bir çox məsələlər var.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər