Büdcə
123

Azərbaycanda ötən il inflyasiya 2,8% olub

Azərbaycanda ötən il inflyasiya 2,8% olub

2020-ci ildə Azərbaycanda istehlak qiymətləri indeksi 2019-cu ilə nisbətən 102,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105%, qeyri-ərzaq məhsulları üzrə 101,3%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 101% təşkil edib.

"Renkinq" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumatda həmçinin deyilir ki, ötən ilin dekabr ayında isə istehlak qiymətləri indeksi əvvəlki ilin eyni ayına nisbətən isə 102,6%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,5%, qeyri-ərzaq məhsulları üzrə 101,2%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 101,1% olub. 

Bölmədən olan bütün xəbərlər