Büdcə
111
Azərbaycanda ötən il əhalinin gəlirləri 2%-ə yaxın azalıb

Bakı / 13.01.2021 / Renkinq:
2020-ci ildə Azərbaycan əhalisinin nominal gəlirləri 55 726,1 milyon manat təşkil edib.
“Renkinq” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,8% azdır.
Ötən il ölkədə adambaşına düşən nominal gəlir isə 2,5% azalaraq 5 587,6 manata düşüb.