Büdcə
80

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu ötən il 8,3% azalıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu ötən il 8,3% azalıb

2020-ci ildə Azərbaycanda iqtisadi və sosial sahələrin iinkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş vəsait 2019-cu illə müqayisədə 8,3% azalaraq 17 028,1 milyon manat təşkil edib.

“Renkinq” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə neft-qaz sektoruna investisiyalar 0,3% artaraq 5 879,7 milyon manat, qeyri neft-qaz sektoruna investisiyalar isə 12,3% azalaraq 11 148,4 milyon manat, o cümlədən qeyri-neft-qaz sənayesinə investisiyalar 12,1% azalaraq 3 001,3 milyon manat olub.

İstifadə olunmuş vəsaitin 11 175,8 milyon manatı və yaxud 65,6%-i əhsul istehsalı sahələrinə, 4 485 milyon manatı və yaxud 26,4%-i xidmət sahələrinə, 1 367,3 milyon manatı və yaxud 8%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

İnvestisiya qoyuluşunun 11 911,1 milyon manatını və yaxud 69,9%-ni daxili vəsaitlər, 10 954,1 milyon manatını və yaxud 64,3%-ni bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. 

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 50,4%, büdcə vəsaitləri 27,6%, bank kreditləri 6,2%, əhalinin şəxsi vəsaitləri 5,7%, sair vəsaitlər 8,6%, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,5% təşkil edib. 

Bölmədən olan bütün xəbərlər