Büdcə
76

Azərbaycanda iqtisadiyyatı ötən il 4,3% kiçilib

Azərbaycanda iqtisadiyyatı ötən il 4,3% kiçilib

2020-ci ildə Azərbaycanda 72 432,2 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

“Renkinq” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 4,3% azdır.

Ötən il ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 5% azalaraq 7 262,8 manat olub.

Hesabat dövründə ÜDM-in 21 639,7 milyon manatlıq hissəsi neft-qaz, 50 792,5 milyon manatlıq hissəsi isə qeyri-neft-qaz sektorunun payına düşüb. Bu, illik müqayisədə müvafiq olaraq 7% və 2,6% azdır. 

İqtisadiyyatın ayrı-ayrı sahələrinə gəlincə isə, ÜDM-in 33,7%-i sənaye, 11,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,7%-i tikinti, 7,1%-i nəqliyyat və anbar təsərrüfatı, 6,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2%-i informasiya və rabitə, 1,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20,2%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,7%-ni təşkil edib. 

 

Bölmədən olan bütün xəbərlər