Sığorta
77
"Bakı Sığorta” İcbari Sığorta Bürosunun reyestrinə daxil edilib

Bakı / 12.01.2021 / Renkinq:
"Bakı Sığorta" ASC "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası", "Daşınmaz əmlakın icbari sığortası" və "Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası" növlərini həyata keçirmək üçün İcbari Sığorta Bürosunun (İSB) reyestrinə daxil edilib.
“Renkinq” bu barədə Büroya istinadən xəbər verir.
Bununla da, İSB-nin üzvü olan sığorta şirkətlərinin sayı 16-ya çatıb.