Bankçılıq
139

“Bank VTB Azərbaycan”ın kart sahibləri endirimlərdən yararlana bilər

“Bank VTB Azərbaycan”ın kart sahibləri endirimlərdən yararlana bilər

“Bank VTB Azərbaycan” ASC müştərilərinin sağlamlığını düşünərək onlara ödəniş kartlarının üstünlüklərindən faydalanmağa imkan verir.  Belə ki, Bankın “Visa” kart istifadəçiləri üçün tibbi xidmətlər üzrə ödəniş zamanı bir sıra klinikalarda endirim nəzərdə tutulub. Tibbi müəssisələr siyahısına “Sağlam Ailə”, “Müasir Diaqnostika” və “Ultralab” klinikaları daxildir.

Kart sahibləri  bütün xidmətlər üzrə 7%-lik, eləcə də doğulduqları ay ərzində yaşları qədər endirim əldə edəcək. Bundan başqa, onlar ildə bir dəfə ödənişsiz qan analizi verə bilər.

“Bank VTB Azərbaycan”ın “Visa Platinum” premium kartı ilə “Sağlam Ailə” və “Ultralab” klinikalarında COVID-19 testindən pulsuz keçmək mümkündür. Bunun üçün istifadəçilər Konsyerj xidmətinə qoşulmalıdırlar.

Bu güzəştlərdən yararlanmaq üçün plastik kart ilə nağdsız ödəniş etmək vacib deyil - tibbi müəssisələrdə kartı göstərmək kifayət edir. Endirimlər “Bank VTB Azərbaycan”ın  bütün “Visa”  kart sahiblərinə aiddir.

Bölmədən olan bütün xəbərlər