Büdcə
106
Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 11% azalıb

Bakı / 11.01.2021 / Renkinq:
2020-ci ildə Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 538,242 milyon manat təşkil edib.
“Renkinq” DGK-ya istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 10,7% azdır.
Ötən il gömrük rüsumları üzrə daxilolmalar 8,4% azalaraq 1 016,609 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 8,7% azalaraq 2 741,486 milyon manat, aksizlər üzrə daxilolmalar 42,5% azalaraq 143,511 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 19,4% azalaraq 36,637 milyon manat olub.