İnvestisiya
102

“Bakı Fond Birjası”nda ötən il 151 milyon manatlıq korporativ qiymətli kağız yerləşdirilib

“Bakı Fond Birjası”nda ötən il 151 milyon manatlıq korporativ qiymətli kağız yerləşdirilib

2020-ci ildə “Bakı Fond Birjası” QSC-də (BFB) 50 milyon manatlıq səhm və 101 milyon manatlıq istiqraz olmaqla ümumilikdə 151 milyon manatlıq korporativ qiymətli kağız (ipoteka istiqrazları istisna olmaqla) yerləşdirilib.

“Renkinq” bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, 2019-cu illə müqayisədə ipoteka istiqrazları istisna olmaqla korporativ qiymətli kağızlarının ilkin bazarının dövriyyəsi 6,6 dəfə artıb. İl ərzində “Kapital Bank” və “Bank BTB” ASC-lər, “AzerGold” və “Embafinans” QSC-lər kütləvi üsulla qiymətli kağız buraxılışları həyata keçirib.

Bölmədən olan bütün xəbərlər