Qeyri-bankçılıq
94
“Global Leasing” nizamnamə kapitalını 261 min manata çatdırıb

Bakı / 06.01.2021 / Renkinq:
“Global Leasing” QSC nizamnamə kapitalını daha 98 min manat və yaxud 61% artıraraq 162 min manatdan 260,8 min manata çatdırıb.
“Renkinq” xəbər verir ki, bu barədə şirkətin direktoru Elvin Yolçiyev məlumat verib.
Onun sözlərinə görə, kapital artımı üçün “Global Leasing”in dövriyyədə olan 1 000 ədəd səhminin nominal dəyəri 162 manatdan 260,8 manata qaldırılıb.
Xatırladaq ki, “Global Leasing” 2018-ci ildə yaradılıb. Şirkət əsasən kənd təsərrüfatı sahəsində maliyyələşdirmə ilə məşğuldur.
Mənbə: REPORT