Sığorta
102
“AzRe Təkrarsığorta” səhmdarlarına dividend ödəyəcək

Bakı / 30.12.2020 / Renkinq:
Yanvarın 30-da, saat 10:00-da “AzRe Təkrarsığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Renkinq” xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi, 6 ("Bridge Plaza" iş mərkəzi) ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "AzRe Təkrarsığorta"nın 2020-ci ildəki fəaliyyəti ilə bağlı ilkin maliyyyə hesabatlarının müzakirə edilməsi, cəmiyyətin keçmiş illər üzrə bölüşdürülməmiş mənfəəti hesabına səhmdarlara dividend ödənilməsi və digər məsələlər daxildir.