Büdcə
112

“Şahdağ Turizm Mərkəzi” nizamnamə kapitalını 38% azaldır

“Şahdağ Turizm Mərkəzi” nizamnamə kapitalını 38% azaldır

Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC nizamnamə kapitalını 209 920 779 manat və yaxud 38,4% azaldaraq 546 775 725 manatdan 336 854 946 manata endirdiyini elan edib.

“Renkinq” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar 1 ay ərzində tələblərini səhmdar cəmiyyərinin yerləşdiyi Qusar rayonu, Kuzun kəndi, Qusar-Ləzə avtomobil yolunun 29-cu kilometrliyinə bildirə bilərlər.

Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” 2015-ci ildə yaradılıb. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.

Bölmədən olan bütün xəbərlər