Sığorta
114
“Qala Həyat Sığorta”nın səhmdarlarının yığıncağı keçiriləcək

Bakı / 30.12.2020 / Renkinq:
Yanvarın 29-da, saat 10:00-da “Qala Həyat Sığorta" ASC-nin səhmdarlarının ənənəvi ümumi yığıncağı keçiriləcək.
“Renkinq” xəbər verir ki, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 5A ünvanında olacaq.
Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin 2021-ci il üçün büdcəsinin təsdiq edilməsi, eləcə də 2020-ci ildəki fəaliyyəti ilə bağlı maliyyə hesabatının auditi üçün müstəqil auditorun seçilməsi məsələləri daxildir.